“Shacman” “Nissan”la TOQQUŞDU - Ölən var
22-09-2022, 10:15
83

“Shacman” “Nissan”la TOQQUŞDU - Ölən var

Sentyabrın 21-də saat 23 radələrində Şabran rayonunun Şahnəzərli kəndi ərazisində Quba rayon sakini R.Allahverdiyevin idarə etdiyi “Shacman” və Lerik rayon sakini Q.Musayevin idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.
 
Bu barədə Daxili İşlər Nazirliyindən(DİN) bildirilib.
 
Nəticədə “Nissan” markalı avtomobildə olan sərnişin, Pirəmsən kənd sakini Rəşid Məmmədov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib. 
 
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

Oxşar xəbərlər