Hərbçinin ölümü ilə bağlı araşdırma aparılır
27-08-2022, 13:55
64

Hərbçinin ölümü ilə bağlı araşdırma aparılır

Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Maarif oğlunun yol qəzası nəticəsində ölməsi faktı ilə bağlı Gəncə Hərbi Hrokurorluğunda araşdırma aparılır.
 
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
 
Qeyd edək ki, avqustun 26-sı saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Oxşar xəbərlər