Yevlaxda DƏHŞƏTLİ QƏZA - Ölən və yaralananlar var
10-10-2022, 10:54
49

Yevlaxda DƏHŞƏTLİ QƏZA - Ölən və yaralananlar var

Yevlaxda DƏHŞƏTLİ QƏZA - Ölən və yaralananlar var
Oktyabrın 9-da saat 10 radələrində Yevlax rayonunun Gülövşə kəndi ərazisində Şəki rayon sakini İ.Kazımzadənin idarə etdiyi “VAZ-210104” və Salyan rayon sakini F.Kərimovun idarə etdiyi “Tofaş” markalı avtomobillər toqquşub.
 
Bu barədə  Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumatda bildirilib.
 
Nəticədə F.Kərimovun sərnişinlərindən Günay Kərimova hadisə yerində ölüb, hər iki sürücü və 3 sərnişin xəstəxanaya yerləşdiriliblər. 
 
Hazırda Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

Oxşar xəbərlər