Məşhur rejissor həbs edildi
12-07-2022, 08:51
71

Məşhur rejissor həbs edildi

Məşhur iranlı rejissor Cəfər Pənahi həbs edilib.
O, digər rejissorların həbsinə etiraz etdiyinə görə saxlanılıb.
 
Pənahi həbs edilən rejissorlar Məhəmməd Rəsulof və Mustafa Ələhmədin azadlığa buraxılmasını tələb edib.
 
Qeyd edək ki, Rəsulof və Ələhməd iyulun 8-də saxlanılıb. Etirazlar Abadan şəhərində 37 nəfərin öldüyü binanın uçması ilə bağlı iğtişaşlardan sonra başlayıb.

Oxşar xəbərlər