Kadırov həkimləri də döyüşə GÖNDƏRİR
10-10-2022, 10:16
59

Kadırov həkimləri də döyüşə GÖNDƏRİR

Kadırov həkimləri də döyüşə GÖNDƏRİR
Çeçenistanda 500 tibb işçisi könüllü olaraq xüsusi hərbi əməliyyat zonasına getməyə hazırdır.
 
Bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib.
 
"Həkimlərimiz birbaşa həyat təhlükəsinə baxmayaraq, cəbhə xəttində ləyaqətlə xidmət etməkdə davam edirlər. Lazım gələrsə, Çeçenistan Respublikasının tibb işçiləri arasından daha 500 könüllü onlara qoşulmağa hazırdır", - Kadırov sosial şəbəkə hesabında yazıb.

Oxşar xəbərlər