Putin Kadırovu mükafatlandırdı
27-07-2022, 17:56
66

Putin Kadırovu mükafatlandırdı

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovu mükafatlandırıb.
 
Bu barədə Kadırov teleqram kanalında məlumat paylaşıb.
 
Çeçen lider bildirib ki, Putin onu regionun sosial-iqtisadi inkişafına verdiyi töhfəyə görə "Aleksandr Nevski ordeni" ilə təltif edib.
 
Kadırov bundan sonra da Rusiyanın rifahı naminə fədakarlıqla xidmət edəcəyinə söz verib: "Mənim üçün Rusiya Prezidentindən mükafat almaq ən böyük şərəfdir. Mən Vladimir Vladimiroviç Putinə etimada və regionumuzun inkişafına göstərdiyi daimi diqqətə görə təşəkkür edirəm”.

Oxşar xəbərlər