İsrail ordusu zərbələr endirib
9-05-2023, 11:24
32

İsrail ordusu zərbələr endirib




İsrail ordusu çərşənbə axşamına keçən gecə başlayan “Qalxan və ox” əməliyyatı çərçivəsində Qəzza zolağında Fələstinin “İslami cihad” radikal qruplaşmasının 10 obyektini sıradan çıxarıb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, İsrailin Müdafiə Qüvvələri radikallara məxsus 10 silah zavodu və hərbi obyektə zərbələr endirib. “Bundan əlavə, “İslam cihad”a məxsus 6 hərbi obyekt vurulub, onların əksəriyyəti bu terror təşkilatının silah anbarları və logistika infrastrukturu kimi istifadə edilib”, - ordudan bildirilib. Bundan başqa, israillilər radikalların Qəzza zolağının cənub hissəsindəki hərbi postuna hücum ediblər. 

Oxşar xəbərlər