Kiyevdə İranın PUA-ları vuruldu
17-11-2022, 13:47
68

Kiyevdə İranın PUA-ları vuruldu

Kiyevdə İranın PUA-ları vuruldu
Ukraynanın paytaxtı Kiyev şəhərində İran istehsalı olan “Şahed-136” pilotsuz uçuş aparatları məhv edilib.
 
Bu barədə Kiyevin Hərbi Administrasiyası məlumat yayıb.
 
Bildirilib ki, Rusiya Silahlı Qüvvələri tərəfindən atılan qanadlı raketlər zərərsizləşdirilib. Məlumata görə, son bir saat ərzində Kiyev üzərində Rusiyanın azı iki qanadlı raketi vurulub. 
 
Bundan əlavə, Ukrayna Hava Hücumundan Müdafiə (HHM) Qüvvələri tərəfindən İran istehsalı olan 4 ədəd “Şahed-136” zərbə dronları zərərsizləşdirilib.

Oxşar xəbərlər