İsrailin hüquq-mühafizə orqanları silah və qızıl qaçaqmalçılığına görə İordaniya parlamentinin deputatını saxlayıb.
Bu barədə İordaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
İsrail mətbuatının məlumatına görə, Əl-Advan İordan çayının qərb sahili ilə İordaniya arasında İsrailin nəzarətində olan Allenbi keçid məntəqəsindəki Kral Hüseyn körpüsündə saxlanılıb. Onun avtomobilində qanunsuz silah və qızıl tapılıb.Dünya
24-04-2023, 16:00
83
İsraildə qaçaqmalçılığa görə iordaniyalı deputat saxlanılıb
İsrail artıq İordaniya ərazisindən 10 tapança, təxminən 9 min 5,56 mm çaplı patron və avtomatik odlu silah hissələrinin qaçaqmalçılığının qarşısının alınması barədə məlumat yayıb.