Azərbaycanın bu qərarı diplomatik qələbədir - Yəhudi ekspert
18-11-2022, 18:58
43

Azərbaycanın bu qərarı diplomatik qələbədir - Yəhudi ekspert

Azərbaycanın bu qərarı diplomatik qələbədir - Yəhudi ekspert
“Azərbaycanın İsraildə səfirlik açması iki ölkənin yeni mərhələyə keçidi deməkdir”.
 
Bunu  özəl açıqlamasında İsraildən olan siyasi ekspert David Gendelman bildirib.
 
Azərbaycanın qərarını dəstəklədiyini deyən ekspert bu addımın iki ölkə arasında münasibətlərə müsbət təsir edəcəyini söyləyib:
 
“Səfirliyin açılması həmişə iki ölkə arasında münasibətlərdə müzakirə olunan mövzu olub. Zamanın düzgün seçimi də vacib məsələdir. İndi  belə qərarın verilməsi tam yerinə düşdü. Necə deyərlər, indi vaxtı idi. Bu, həmçinin diplomatik münasibətlərdə mühüm addım və qələbədir. Bundan əvvəl Azərbaycan və İsrail arasında əlaqələr hər kəsə məlum idi. Bundan sonra əlaqələr daha da inkişaf edəcək”.
 

 
David Gendelman onu da vurğulayıb ki, yəhudi və müsəlman ölkələri arasında əlaqələrdə İsrail və Azərbaycan dostluq, müttəfiqlik nümayiş etdirərək örnək addım atır:
 
“Bu sıraya artıq Türkiyə də daxildir. Üç ölkə arasında hərbi əməkdaşlıq daha da güclənəcək. Bura hər hansı hərbi birlik olmasa da, müəyyən səviyyədə kəşfiyyat və hərbi əməkdaşlıq daxil olacaq. Azərbaycan İsrailin müasir hərbi avadanlıqlarının əsas müştərilərindən biridir. Hətta sonrakı mərhələdə birlikdə hərbi istehsal da mümkündür”.  
 
Ekspertin sözlərinə görə, diplomatik münasibətlərin yüksəlməsi fonunda Azərbaycan İsraildən indikindən daha çox silah ala biləcək.
 
Bundan əlavə, David Gendelman düşünür ki, İsrail-Azərbaycan əlaqələrinin yüksəlməsi və Tel-Əvivdə səfirliyin açılması hər iki ölkəyə qarşı düşmən mövqedən çıxış edən İrana ciddi mesajdır.
 
Qeyd edək ki, Azərbaycanın İsraildə səfirliyi açılacaq. Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi əlavə olunub.

Oxşar xəbərlər