Bakı metrosunda problem, qatarlar gecikir
1-03-2023, 10:38
42

Bakı metrosunda problem, qatarlar gecikir




Bakı metrosunda növbəti dəfə problem yaranıb.
Bu barədə məlumat verən “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, “Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “Nərimanov” stansiyasında olarkən baş vaqonun qapısı bağlanmayıb.
B.Məmmədov deyib ki, bu səbəbdən normativlərə uyğun olaraq qatara texniki baxış keçirilməsi zərurəti yaranıb. 
“Maşinist əlavə texniki baxış tələb etdiyindən qatar sərnişinlər düşürülməklə “Nərimanov” elektrik deposuna yola salınıb. Nəticədə, intervaldan əlavə bir marşrut üzrə 4 dəqiqəlik yubanma yaranıb. Həmin qatarın əvəzinə xəttə ehtiyat qatar verilib”,- qurum rəsmisi əlavə edib.

Oxşar xəbərlər