Həssas qrupa daxil olan şagirdlər müəyyən edilir
14-10-2022, 17:41
68

Həssas qrupa daxil olan şagirdlər müəyyən edilir

Həssas qrupa daxil olan şagirdlər müəyyən edilir
Bakı məktəblərində həssas qrupa daxil edilmə ehtimalı olan şagirdlərin müəyyənləşdirilməsi üçün zəruri işlər görülür.
 
Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
 
O bildirib ki, son illərdə ölkədə məktəbyaşlı uşaqlarla əlaqədar baş verən xüsusi hallarla bağlı məsələlərə, həssas qruplarla işə diqqət artırılıb və daha konkret yanaşma müşahidə olunur:
 
"Uşaqların müdafiəsi istiqamətində əməkdaşlıq genişləndirilməli, aidiyyəti qurumlarla mövcud vəziyyət müzakirə edilməli, qarşılıqlı əməkdaşlıq imkanlarına bir daha nəzər salınmalı və daha səmərəli işçi platformasının yaradılmasına nail olmalıyıq".

Oxşar xəbərlər