1500 bağçada monitorinq aparılıb
8-09-2022, 13:51
129

1500 bağçada monitorinq aparılıb

"Bağçalarda uşaq olmasa da, adı siyahıda olanlar var idi".
 
Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. 
 
Qurum rəsmisi bildirib ki, bağçalar Elm və Təhsil Nazirliyinə veriləndən sonra 1500 bağçada monitorinq keçirilib.
 
"Əsas məsələlərdən biri uşaqların məlumatlarının vahid informasiya sisteminə toplanması idi. Çünki bəzən bağçaya gəlməyib, adı sənəddə olan uşaq var idi. Məlumat bazası artıq formalaşdırılıb. İki ay müddətində uşaqların qeydiyyatı ilə bağlı çox şikayət olurdu", - Elnur Əliyev çıxışında vurğulayıb.

Oxşar xəbərlər