Bakıda 11 məktəbli qız ərə verilib
14-10-2022, 17:47
68

Bakıda 11 məktəbli qız ərə verilib

Bakıda 11 məktəbli qız ərə verilib
Bakı şəhərində erkən nikahların daha çox qeydə alındığı rayonun adı açıqlanıb. 
 
Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda keçirilən konfransda çıxış edib.
 
BŞTİ rəhbəri bildirib ki, ötən tədris ilində Bakının Qaradağ rayonunda məktəbyaşlı qızlar arasında erkən nikah halları daha çox müşahidə olunub.
 
Belə ki, Bakıda 2021-2022-ci tədris ilində 11 erkən nikah qeydə alınıb. Həmin nikahlardan 6-sı Qaradağ, 3-ü Xəzər, 1-i Nərimanov, 1-i isə Nəsimi rayonunda olub.

Oxşar xəbərlər