Türkiyə-Azərbaycan Universiteti bu binada fəaliyyət göstərəcək
6-08-2024, 14:43
243

Türkiyə-Azərbaycan Universiteti bu binada fəaliyyət göstərəcək






Məlum olduğu kimi, 2024-2025-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetinə (TAU) tələbə qəbulu aparılacaq. Abituriyentlər TAU-nun tədris ingilis dilində aparılacaq ixtisaslarını (kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi) seçə bilərlər.

Publika.az Modern.az-a istinadən xəbər verir ki, ali təhsil ocağının binası Bakının Xətai rayonunda yerləşəcək.

Türkiyə-Azərbaycan Universitetinin Bakı Ali Neft Məktəbinin (BANM) Xocalı prospektində yerləşən binasında fəaliyyət göstərəcəyi deyilir. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bu məlumatı təsdiqləyiblər.

BANM-in isə 2024/2025-ci tədris ilində bu il ləğv edilən Bakı Fransız Liseyinin binasında fəaliyyət göstərəcəyi qeyd olunur.

Oxşar xəbərlər