Bu il ali məktəblərə qəbul olmuş şəhid övladları ilə bağlı məlumatları təqdim edir.

Əzizə Həmidova - Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi Şükür Həmidovun qızı
Ali məktəblərə qəbul imtahanında uğurlu nəticə əldə edən Əzizə Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub.
Qeyd edək ki, Əzizə Həmidova bu il Qubadlı rayonu Xıdırlı kənd tam orta məktəbindən məzun olub.

Amin Abdullayev - Şəhid mayor Aqşin Abdullayevin oğlu
Amin Azərbaycan Memarlıq və İnşaat Universitetinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olub.

Ləman Bayramzadə - Şəhid mayor İqbal Bayramovun qızı
Ləman Azərbaycan Dövlət Aqrar Universitetinin Kompüter mühəndisliyi ixtisasında təhsilini davam etdirəcək.

Hüseyn Cəfərli - Şəhid baş leytenant Mətləb Cəfərovun oğlu
Hüseyn ali məktəblərə qəbul imtahanında 610,60 bal toplayaraq ADA Universitetinin İnformasiya texnologiyaları ixtisasına qəbul olub.

Tamara Quliyeva - Şəhid baş leytenant Əvdil Quliyevin qızı
Tamara Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin təşkili və idarə edilməsi (rəqəmsal ekspertiza üzrə) ixtisası üzrə təhsil alacaq.

Ruslan Orucov - Şəhid polkovnik-leytenant Nail Orucovun oğlu
Ruslan Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə qəbul olunub.

Ümid Şükürlü - Şəhid mayor Anar Şükürovun oğlu
Ümid Xəzər Universitetinin İnşaat mühəndisliyi fakültəsində təhsil alacaq.

Yelmar Əhmədli - Şəhid Yasən Əhmədovun oğlu
Yelmar Mingəçevir Dövlət Universitetinin Kompüter mühəndisliyi fakültəsinə qəbul olub.

Anar Səfərov - Şəhid baş leytenant Hikmət Səfərovun oğlu
Anar Azərbaycan Texniki Universitetinin Optotexnika ixtisasını seçib.

Əli Abbasov - Şəhid İntiqam Abbasovun oğlu
Əli Bakı Dövlət Universitetində Maliyyə ixtisası üzrə təhsilini davam etdirəcək.

Abbas İsgəndərli - Şəhid Əlizamin İsgəndərovun oğlu
Abbas Xəzər Universitetində ali təhsil alacaq.

Nihad Tağızadə - Şəhid gizir Rahim Tağıyevin oğlu
Nihad Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olub.

Zəhra Əsgərova - Şəhid pilot polkovnik-leytenant Fəxrəddin Əsgərovun qızı
Ali məktəblərə qəbul imtahanında 637.80 bal toplayaraq uğurlu nəticə əldə edən Zəhra ADA Universitetinin Kompüter mühəndisliyi ixtisasını seçib.
Modern.az kollektivi adından ali məktəblərə qəbul olmuş bütün şəhid övladlarını təbrik edir, onlara təhsil həyatlarında böyük uğurlar arzulayırıq!