Məktəblərdə payız tətili başa çatdı
21-11-2022, 09:32
71

Məktəblərdə payız tətili başa çatdı

Məktəblərdə payız tətili başa çatdı
Bu gündən orta məktəblərdə 2022-2023-cu tədris ilinin payız tətili başa çatıb.
 
Payız tətili 5 gün - 16-20 noyabr tarixlərini əhatə edib.

Dərs ilinin növbəti tətlili qışa təsadüf edəcək. Belə ki, 5 günlük qış tətili 27-31 yanvar tarixlərində olacaq.


Bu dərs ilində ibtidai siniflər üçün  5 gün əlavə tətil (1-5 may) nəzərdə tutulub.
 
Xatırladaq ki, ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.

Oxşar xəbərlər