Birincilər məktəbə bayraqla gəldilər - FOTOLAR
15-09-2022, 16:41
66

Birincilər məktəbə bayraqla gəldilər - FOTOLAR

Bu gündən ölkənin bütün ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində yeni dərs ili başlayıb.
 
Bakının Xalid Quliyev adına 62 saylı məktəb-liseyində Bilik Günü qeyd olunub.
 
Tədbiri şəhid Xalid Quliyev adına 62 saylı məktəb-liseyin direktoru Mətanət Cabbarlı torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad edərək açıb. 2021-2022-ci tədris ilində qazandıqları uğurlardan söhbət açıb.
 
Bilik Günü ilə bağlı keçirilən tədbirdə Elm və Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Bakı Şəhər Təhsil idarəsinin Ümumi sektor müdiri Sevinc Rəsulova və Nizami Rayon İcra Hakimiyyətinin şöbə müdiri Arif Qasımov da iştirak edib. 
 
Rəsmi qərara əsasən tədbir təntənəli şəkildə qeyd olunmayıb. Dövlət himni səsləndirilib, şəhidlər bir dəqiqəlik sükutla yad edilib. Birinci sinif şagirdləri əvvəlki illərdən fərqli olaraq, məktəbə əllərində bayraqla gəliblər.
 
Məlumat üçün bildirək ki, məktəb Birinci Qarabağ Müharibəsi şəhidi Xalid Quliyevin adını daşıyır. İkinci Qarabağ Müharibəsində isə məktəbin iki məzunu  Samir Xəlilli və Elsevər Əhədzadə qəhrəmancasına şəhid olub.
 
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribat zamanı şəhid olanların xatirəsinə hörmət əlaməti olaraq 15 sentyabr - Bilik Günü təntənəli şəkildə qeyd edilməyib. İlk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

Oxşar xəbərlər