Bu məktəblərdə 5-7 noyabrda dərs olacaq
31-10-2022, 11:12
101

Bu məktəblərdə 5-7 noyabrda dərs olacaq

Bu məktəblərdə 5-7 noyabrda dərs olacaq
Bildiyimiz kimi, 2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdirilib.
 
Elm və Təhsil Nazirliyindən  verilən xəbərə görə, bununla əlaqədar təhsil müəssisələrində iş günləri aşağıdakı kimi tənzimlənir:
 
1. Beş günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 noyabr iş günü, 6-9 noyabr isə qeyri-iş günləri hesab edilir.
 
2. Altı günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 noyabr iş gününə (istirahət gününə deyil) təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi – noyabrın 7-si iş günü, 8-9 noyabr isə qeyri-iş günləri hesab edilir. Başqa sözlə desək, 5 və 7 noyabr iş günləridir.

Oxşar xəbərlər