Trampdan təcili seçki çağırışı
30-08-2022, 09:21
54

Trampdan təcili seçki çağırışı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkədə dərhal yeni prezident seçkilərinin keçirilməsinə çağırıb.
 
Bu barədə Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
 
"İndi aydın oldu ki, FTB seçkidən əvvəl Hanter Baydenin noutbuku ilə bağlı məsələni unutdu, çünki onlar bilirdilər ki, əgər belə etməsələr, Tramp 2020-ci il prezident seçkilərində asanlıqla qalib gələcəkdi. Bu, ölkəmizdə indiyədək heç vaxt görünməmiş səviyyədə seçkilərə böyük saxtakarlıq və müdaxilədir. Həll yolu əsl qalibi elan etmək və ya ən azı 2020-ci il seçkilərini baş tutmamış saymaq və yeni seçkilər keçirməkdir", - deyə Tramp vurğulayıb.

Oxşar xəbərlər