Prezident İlham Əliyev İsmayıllı rayonunda Azərbaycan Televiziyasına müsahibəsində növbəti dəfə Ermənistana ciddi xəbərdarlıq etdi. “Qisas” əməliyyatının cəza tədbiri olduğunu xatırladan dövlət başçısı bildirdi ki, Ermənistan bundan ciddi nəticə çıxarmalıdır, əgər yenidən hansısa təxribat törədilərsə, Azərbaycanın reaksiyası çox sərt olacaq. Ali Baş Komandan Azərbaycanı haqq işindən heç kimin çəkindirə bilməyəcəyini xüsusi vurğulayıb.
Milli Məclisin Qarabağ bölgəsindən olan deputatı Ceyhun Məmmədov açıqlamasında deyib ki, Azərbaycan dəfələrlə Ermənistana xəbərdarlıq etmişdi ki, odla oynamasın, yeni reallıqları qəbul etsin və hərbi təxribatlara əl atmasın. Ancaq Ermənistan bundan nəticə çıxarmadı növbəti təxribat törətdi və “dəmir yumruq” yenidən işə düşdü:
“Prezident İlham Əliyev onu da xüsusi qeyd etdi ki, erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistanın imzaladığı kapitulyasiya aktında təsbit edilib, rəsmi İrəvan bu öhdəliyi yerinə yetirməlidir. Yetirməsə, bunun vəbalı Ermənistan üçün çox ağır olacaq”.
Deputat xatırladıb ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda Laçın şərəhrindən yan keçən yeni yolun çəkilməsi, üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılmasının təmin edilməsi ilə bağlı müddəa yer alıb.
“Bu bəndi üçtərəfli Bəyanata saldıran məhz Azərbaycandır, Ermənistanı Xankəndi ilə birləşdirən yol hazırda Laçın şəhərinin içindən keçir. Əgər bu bənd olmasa idi, o zaman Laçın şəhəri beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı.
Prezident İlham Əliyev müsahibəsində bütün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlərin aparıldığını, 32 kilometr uzunluğunda yolun cəmi bir ilə inşa edildiyini qeyd etdi.
Prezident onu da xüsusi vurğuladı ki, Ermənistan işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşdırma həyata keçirib. Qarabağdan və Şərqi Zəngəzurdan, o cümlədən Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış ermənilər çıxarılmalıdır. Onların orada qalması hərbi cinayətdir, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaqdır”.
C.Məmmədovun sözlərinə görə, reallıq ondan ibarətdir ki, Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir, Ermənistan isə sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur.
“Vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər ermənilər fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra nəsə onların xeyrinə dəyişəcək, səhv edirlər.
Prezident İlham Əliyev çıxışında onu da qeyd etdi ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr, o qədər də hamımız üçün yaxşı olar. Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Qarabağda yaşayan ermənilər Ermənistan hakimiyyətinin onların problemlərini həll etmək iqtidarında olmadığını açıq-aydın gördülər”.
Deputat bildirib ki, Prezidentin müsahibəsində digər mühüm məqam ondan ibarətdir ki, bu gün danışıqlar masasında hər hansı bir statusdan ümumiyyətlə, söhbət belə getmir. Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək.
“Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Ermənistan öz təsir imkanlarını itirmək üzrədir, Azərbaycan hakimiyyətinin müsbət təsiri artır və artacaq. Qarabağ tarix və beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın ayrılmaz hissəsidir.
Bu birmənalıdır ki, Qarabağda yaşayan ermənilərin nə statusu, nə müstəqilliyi, nə də hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşlarının, Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da hüquqları elə qorunacaq. Ermənistan bu xəbərdarlıqlardan ciddi nəticə çıxarmalıdır",-deputat qeyd edib.
Siyasət
15-08-2022, 11:45
57
Ermənistan xəbərdarlıqlardan ciddi nəticə çıxarmalıdır - Deputat
Oxşar xəbərlər
Son Xəbərlər
-
Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO
-
Günəşdə PROSES BAŞLADI: maqnit qasırğası xeyli gücləndi
-
Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR
-
Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia
-
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
Qazax rayonu, Qırmızı Körpü yolunun üzərində yerləşən Yanacaq doldurma məntəqəsinin rəisi Mehman müəllim öz işini vicdan və ləyaqətlə icra edir
-
Ermənistan müxalifəti xarici səfirləri qapalı görüşə çağırdı: Məqsədləri nədir?
-
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Ukrayna üzrə sülh konfransının yeri və tarixi açıqlandı: Kimlər dəvət olunub?
-
Prezidentin sərəncamı bu şəxslərə şamil olunacaq
-
Cəhənnəmin qapıları açıldı: Dünyanın sonu gəlir?
-
Sənədsiz evlərlə bağlı YENİLİK
-
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Ermənistan Müdafiə Nazirliyi Tavuş rayonunun Kirants kəndi yaxınlığındakı ərazini minalardan təmizləyir
-
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
-
İnfarkt riskinizi özünüz ölçün
-
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Xəbərdarlıq: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI
-
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
-
Dövlət Departamenti: “Azərbaycanla Ermənistan arasında sülhün mümkün olacağına inanırıq”
-
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
-
Ermənistanda sual doğuran İTTİFAQ: Paşinyan məntiq axtarır, İrəvan isə istəmir ki...
-
Bu gündən tibbi arayışlar elektron formada veriləcək
-
İrəvan Mirzoyan-Bayramov görüş
-
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizin inşasına başladılar
-
Rusiyada miqrantlarla bağlı sərt qayda: onlar vətəndaşlıqdan məhrum edildi
-
Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb
-
Ermənistanla yeni sərhəd bu kəndin ortasından keçəcək - DETALLAR
-
Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?
Top 5
- Bu Gün
- Bu Həftə
- Bu Ay
-
Qazax rayonu, Qırmızı Körpü yolunun üzərində yerləşən Yanacaq doldurma məntəqəsinin rəisi Mehman müəllim öz işini vicdan və ləyaqətlə icra edir
13:09 -
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
07:53 -
Sumqayıt zakıs şöbəsinin müdiri Təranə Novruzova əsl insani xüsusiyyətlərin hər birini özündə daşıyan bir insandır
19:34 -
Dəmlənmiş çay yarpaqlarının elə bir faydası üzə çıxdı ki...
08:44 -
Ukrayna Azərbaycan Ordusunun misilsiz taktikasını tətbiq edir
08:44
-
Sabirabad Perinatal Mərkəzinin cərrah ginekoloqu Mehriban xanım öz işinə məsuliyyətli yanaşan, peşəsinə böyük sevgi hissi ilə bağlı olan bir həkimdir
13:30 -
ABŞ İrəvana məsləhətçi və hərbi texnika göndərir - Sərhədimizə gəlirlər
13:28 -
Sabirabad rayon Heyvandarlıq bazarının rəhbəri Hacı Əliş müəllimin əl tutub, iş verdiyi insanların sayı hesabı yoxdur
15:21 -
Həkimdən C vitamininin əks təsirləri ilə bağlı XƏBƏRDARLIQ
15:49 -
Paşinyan müdafiə nazirinə Əliyevdən qorxduğu haqda nələr deyib?
13:29 -
Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur
17:16 -
Qazax rayonu, Qırmızı Körpü yolunun üzərində yerləşən Yanacaq doldurma məntəqəsinin rəisi Mehman müəllim öz işini vicdan və ləyaqətlə icra edir
13:09 -
Bəşəriyyət üçün ən təhlükəli TOP 10 XƏSTƏLİK: Faciəvi nəticələri olur
15:48 -
Ukrayna düşmənə konkret və ədalətli cavab hazırlayır - Zelenskidən iddialı sözlər
15:49 -
Ağdaban qətliamından 32 il ötür
15:49