Ermənistanda hərbi vəziyyət elan edilə bilər
17-05-2021, 09:30
55

Ermənistanda hərbi vəziyyət elan edilə bilər

“Hərbi vəziyyət elan ediləcəyini və seçkilərin ləğv ediləcəyini istisna etmirəm”.
 
Bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zöhrabyan yazıb.
 
“Azərbaycan Xarici İşlər Nazirliyi bizi çaxnaşma yaratmamağa, reallığı qəbul etməyə çağırdı. İddia edirlər ki, onlar 10 noyabr memorandumu ilə olmalı olduqları yerdədirlər. Nikol bildirir ki, vəziyyət böhran vəziyyətidir və Ermənistan KTMT-yə müraciət edir. Və mənə bir növ belə görünməyə başlayır ki, bir X anında ölkədə yenə hərbi vəziyyət elan olunacaq. Hərbi vəziyyət zamanı isə nə növbəli, nə də növbədənkənar hər hansı seçki keçirilə bilməz”, - deyə Zöhrabyan yazıb.

Oxşar xəbərlər