İsrailin nüfuzlu “Jerusalem Post” qəzeti Azərbaycanın bu ölkədə səfirlik açmağa hazırlaşmasından yazıb.
Qəzetin yazdığına görə, “noyabrın 18-də parlamentin təsdiqindən sonra Azərbaycan İsraildə səfirlik açan ilk şiə müsəlman dövləti olub”.
“Keçən ay tikintisinə başlanılan yeni səfirlik binası ölkənin turizm ofisi və ticarət nümayəndəliyi olan Təl-Əviv şəhərində yerləşəcək”.
“Jerusalem Post” xatırladıb ki, İsrail və Azərbaycan 30 ildir müxtəlif sahələrdə əlaqələr qurub, 1993-cü ildən Bakıda İsrail səfirliyi fəaliyyət göstərir.
Qəzetin məlumatına görə, baş nazir Yair Lapid qərarı yüksək qiymətləndirərək, Azərbaycanı "İsrail üçün mühüm tərəfdaş və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətəni" adlandırıb.
"Səfirlik açmaq qərarı ölkələr arasında əlaqələrin dərinliyini əks etdirir", - deyə baş nazir Y.Lapid əlavə edib.
Onun sözlərinə görə, Azərbaycanın bu addımı İsrail hökumətinin müsəlman dünyası ilə güclü diplomatik körpülər qurmaq səylərinin bəhrəsidir.
“Jerusalem Post” qəzeti qeyd edib ki, rəsmi Bakının bu qərarı Tehranla münasibətlərdəki gərginlik fonunda verilib.
Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Qrupunun üzvü Arzu Nağıyev İsraildə səfirliyin açılmasını İranın Qafanda konsulluq açması və Ermənistanla sıx əlaqələr qurmasını elan etməsilə əlaqələndirib.
Qəzet yazır ki, azərbaycanlıların çoxluq təşkil etdiyi İranda dövlət televiziyası İsraili və Azərbaycanı “İsrail... öz qəbrini öz əlinlə qazma... İran bunu bəyan edir ki, Azərbaycan bilsin, anlasın” sözləri ilə hədələyən mahnı yayımlayıb. “İrana yanlış baxan hər kəs məhv edilməlidir”, - deyə mahnıda vurğulanır.
“İran və Azərbaycan 420 mil uzunluğunda sərhədi bölüşür. İranda İsrailin Azərbaycan ərazisindən bu ölkəyə gizli əməliyyatlara başladığı barədə çoxdan xəbərlər yayılıb. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İsraili “Azərbaycanın bir neçə bölgəsində mövcudluğunu qurmaqda” ittiham edib, rəsmi Bakı sə bunu təkzib edib”, - deyə məqalədə qeyd edilib.
“Jerusalem Post” xatırladıb ki, İran bu yaxınlarda Azərbaycanla sərhəddə hərbi təlimlər keçirib.
Qəzet bildirib ki, prezident İsaak Hersoq bu ilin əvvəlində İsraillə Azərbaycan arasında əlaqələrin 30 illiyi şərəfinə məktub yazıb və İlham Əliyevi İsrailə səfərə və səfirlik açmağa dəvət edib. Azərbaycan keçmişdə səfirlik açmaqda tərəddüd edirdi, qismən ona görə ki, digər müsəlman dövlətləri özündən uzaqlaşdırmaq və ya İranı təxribata çəkmək istəmirdi.
“Lakin Avraam razılaşması və Əliyevin İsraillə Türkiyə arasında yaxınlaşmanı təmin etməsi Azərbaycanın işini asanlaşdırdı”.
Məqalədə qeyd edilib ki, İsraillə Azərbaycanın müdafiə sahəsində sıx əlaqələri var. İsrail Bakıya Ermənistana qarşı müharibədə istifadə olunan pilotsuz təyyarələr verib.
“Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu müəyyən edib ki, 2016-2020-ci illərdə Azərbaycanın silah idxalının 69%-i İsraildən gəlib və həmin dövr ərzində İsrailin silah ixracının 17%-ni təşkil edib. İsrailə idxal olunan neftin təxminən 40 faizi Azərbaycandandır”, - qəzet yazıb.

Siyasət
18-11-2022, 18:57
292
“Azərbaycan İsraildə səfirlik açan ilk şiə çoxluğu olan dövlətdir” - “Jerusalem Post”

Oxşar xəbərlər
Son Xəbərlər
-
Son 25 ilin ən bahalı metalının ADI AÇIQLANDI
-
Təhsilə ən çox hansı ölkələr pul xərcləyir? - Təəccübləndirən adlar
-
Ağ Ev "yaşıl işıq" yandırdı - Bu ölkə nüvə silahı əldə edə bilər
-
Venesuelada ölənlərin sayı sürətlə artır
-
İnternet sürətinə görə ölkələrin DÜNYA REYTİNQİ - Azərbaycan neçənci yerdədir?
-
Süni intellekt artıq dünyanı məhv etməyə başlayıb – Yeni ARAŞDIRMA
-
ABŞ-ın itkiləri artır: 16 hərbçi ölüb, 430-dan çoxu yaralanıb
-
Süni intellektlə həyata keçirilən kiberhücumlar artır
-
"Coca-Cola"-nın sirri: Dünyanın ən məşhur içkisi necə narkotik tərkibli "dərman" kimi yaranıb?" - "Space Daily"
-
Növbəti genişmiqyaslı zərbələr dalğası - İranın hərbi infrastrukturu vuruldu
-
"Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
-
Zelenski niyə şüşə arxasından çıxış etdi?
-
Kadırovdan çağırış: Ukraynaya yardım edən ölkələri vurmalıyıq!
-
Trampı öldürənə 10 milyon dollar verəcəklər
-
Leyla Əliyeva "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak etdi
-
Müctəba Xameneinin ictimaiyyət qarşısına niyə çıxmadığı açıqlandı
-
Sement, armatur, inflyasiya... - Əmlak bazarında nə baş verir?
-
Hərbçilərimiz Türkiyədə paraşüt təliminə qatıldılar
-
İrəvanda ziyafətdə kütləvi zəhərlənmə - Fransa Milli Gününü qeyd edirdilər
-
Ermənistanın məşhur kürd kəndi xarabaya çevrilir - Hakkoda 10 ailə qaldı
-
Ronaldo dünya çempionatlarında antirekord müəyyənləşdirdi
-
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib - FOTO
-
Azərbaycanlı reper narkotik təbliğatına görə cərimələndi
-
Şiddətli istilərin coğrafiyası genişlənir: Avropa və digər regionlarda təhlükəli tendensiya
-
Dünyanın ən xoşbəxt insanı: Xoşbəxtliyin sirri bu 2 sözdə gizlidir
-
Rusların azərbaycanlılarla oxşar olan dərdi: Toy neçəyə başa gəlir?
-
Türkiyənin bu iki ölkə ilə yaxınlaşması İsraildə təşviş yaradıb - Nədən qorxurlar?
-
Rusiyaya qarşı yeni sanksiyalar paketi - 61 senator dəstəklədi
-
ABŞ İranda 5 körpünü dağıdıb: Ölənlər var
-
Azad edilmiş ərazilərdə 287 min hektardan çox sahə minalardan təmizlənib
Top 5
- Bu Gün
- Bu Həftə
- Bu Ay
-
Sement, armatur, inflyasiya... - Əmlak bazarında nə baş verir?
17:00 -
İrəvanda ziyafətdə kütləvi zəhərlənmə - Fransa Milli Gününü qeyd edirdilər
16:56 -
Hərbçilərimiz Türkiyədə paraşüt təliminə qatıldılar
16:59 -
Ermənistanın məşhur kürd kəndi xarabaya çevrilir - Hakkoda 10 ailə qaldı
16:54 -
Kadırovdan çağırış: Ukraynaya yardım edən ölkələri vurmalıyıq!
17:05

17:05 -
Ermənistanın məşhur kürd kəndi xarabaya çevrilir - Hakkoda 10 ailə qaldı
16:54 -
Süni intellekt artıq dünyanı məhv etməyə başlayıb – Yeni ARAŞDIRMA
09:34 -
Şiddətli istilərin coğrafiyası genişlənir: Avropa və digər regionlarda təhlükəli tendensiya
11:36 -
Türkiyənin bu iki ölkə ilə yaxınlaşması İsraildə təşviş yaradıb - Nədən qorxurlar?
11:33 -
İnternet sürətinə görə ölkələrin DÜNYA REYTİNQİ - Azərbaycan neçənci yerdədir?
09:35 -
ABŞ-ın itkiləri artır: 16 hərbçi ölüb, 430-dan çoxu yaralanıb
09:33