Azərbaycan tarixi qərar qəbul edib - İsrail XİN
18-11-2022, 18:45
47

Azərbaycan tarixi qərar qəbul edib - İsrail XİN

Azərbaycan tarixi qərar qəbul edib - İsrail XİN
"Azərbaycanın səfirliyi əhalisinin çoxunun şiə olduğu müsəlman ölkəsinin İsraildə ilk səfirliyi olacaq"
 
Bu barədə İsrail Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
 
"Azərbaycan parlamenti bu gün Azərbaycanın İsraildə, Təl-Əvivdə səfirliyinin açılması ilə bağlı tarixi qərar qəbul edib. Azərbaycanın ölkəmizdə səfirlik açması tarixi qərardır",- deyə XİN-dən bildirilib.
 
Qeyd edək ki, Azərbaycanın İsraildə səfirliyi təsis ediləcək. Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi əlavə olunub.

Oxşar xəbərlər