Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
İndiyədək Azərbaycanda ümumilikdə 823 889 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 669 nəfər müalicə olunaraq sağalıb, 9969 nəfər vəfat edib, aktiv xəstə sayı 251 nəfərdir.
Son sutka ərzində 1571, hazırkı dövrədək isə 7 353 252 test aparılıb.
