Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.
İndiyədək ümumilikdə 803 157 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 790 193 nəfər müalicə olunaraq sağalıb, 9768 nəfər vəfat edib, aktiv xəstə sayı 3196 nəfərdir.
Son sutka ərzində 4587, hazırkı dövrədək isə 7 080 772 test aparılıb.
