Yoluxma kəskin AZALDI
27-10-2022, 19:54
60

Yoluxma kəskin AZALDI

Yoluxma kəskin AZALDI
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 823 100 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 849 nəfər müalicə olunaraq sağalıb, 9942 nəfər vəfat edib, aktiv xəstə sayı 309 nəfərdir.
 
Son sutka ərzində 2112, hazırkı dövrədək isə 7 313 756 test aparılıb.
 

Oxşar xəbərlər