Oğuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Anar Əzizov - İnsanların sağlamlığı keşiyində
11-06-2024, 12:23
12

Oğuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Anar Əzizov - İnsanların sağlamlığı keşiyində

Hamımızın gələcək sağlamlığımızın qeydinə qalmağı özlərinə vəzifə edən şərəfli peşə sahibləri-həkimlərimiz barəsində nə qədər xoş sözlər, gözəl ifadələr işlətsək yenə də az olardı. Çünki onlar həyatdakı ən vacib, ən dəyərli nemət olan can sağlığı kimi gözəl hədiyyəni bizlərə bəxş edirlər. Bir sözlə həkimlərimiz dünyada ən nəcib ürəkli, ən saf duyğulu insanlardır. Əsl həkim Allahın xeyir duasını almış mələkdir, xilaskardır. Haqqında mətbuatda çox yazılıb və yəqin ki, ölkəmizdə onu tanımayan az adam olar. Buna görə də, uzun-uzadı təqdimata ehtiyac görmürük. Bir azərbaycanlının heç bir tərəddüdsüz sağlamlığını etibar edə biləcəyi azərbaycanlı həkim desək, kifayət olar yəqin ki. Bəli, söhbət səhiyyənin qiymətli və dəyərli olduğunu anlayan, məhz elə buna görə də öz işinə hər zaman məsuliyyətlə yanaşan həkimlərimizdən biri ümumi – Kardioloq Anar Əzizov gedir.

Ünsiyyətdə olub, daxili aləminə nüfuz etdikcə isə, bəzən elə bir zənginliklərlə qarşılaşırsan ki.... Sadə, səmimi, mehriban. Geniş ürəyə, dərin elmi zəkaya malik alim, xeyirxah insan, şəfalı əllərə Anar həkim. Onunla danışdıqca, baxışlarından süzülən şəffaf işıq seli, zəhmət dolu tale yollarına nur saçır. O işıq selinin izi ilə addımlamaq, istəyirsən...

Anar Əzizovun çalışdığı müddət ərzində səhiyyə ocağının uğurlu fəaliyyətində xidmətləri böyük olmuşdur. Xəstəxanada nizam – intizama riayət edilməsi, xəstə - həkim münasibətlərinin yüksək səviyyədə olması, xəstələrə göstərilən qayğı, peşəkar həkim kadrlarının çoxluğu, müalicə və müayinələrin yüksək səviyyədə aparılması, insanların bu səhiyyə ocağına daha çox müraciət etməsinə səbəb olub.

O, rəhbərliyin kollektivin, Nazirliyin və ona üz tutan bütün insanların hörmətini qazanmış peşəkar həkimdir. Onun üçün ən böyük mükafat da məhz budur - xalqın sevgisi, hörməti. Bu, insan əməyinin əvəzsiz mükafatı - dəyəridir ki, bu dəyəri ona xalq verir.
Ömrünü sevə - sevə Azərbaycan səhiyyəsinin inkişafına həsr edən savadlı həkim gecəli – gündüzlü gərgin əməyi sayəsində çox şeylərə nail olmuşdur.

Anar Əzizov elmi fəaliyyəti ilə bərabər , yüksək ixtisaslı gənc həkim kadrların yetişməsi kimi önəmli bir missiyanı da yerinə yetirir. Gənc həkimlər həmişə Anar həkimin məsləhətlərindən bəhrələnirlər. Gənc həkimlərin yetişməsində peşəkar həkim kimi əlindən gələn köməkliyi əsirgəmir.
Oğuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Anar Əzizov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.

Şərəfli peşəyə yiyələnən Anar Əzizov bu işin müqəddəsliyini qoruyub saxlayır. Anar Əzizov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Anar Əzizovdan danışdılar yaxşı ki, Anar Əzizov Oğuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin olunub. Anar Əzizov öz isgüzarlığı ilə tanınır və seçilir.

Müqəddəs peşəsi, bilik və bacarığı ilə neçə-neçə taleyüklü insanların həyat eşqini özünə qaytaran, hər bir xəstənin ürəyində bir ümid çırağı yandıran Anar həkim ona müraciət edən xəstələrinin hər zaman sevimlisidir.

O, hər zaman dövlətə - dövlətçiliyə, xalqa -millətə, Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir. Şükürlər olsun ki, bu tendensiya bu gündə davam edir. Onun həyat səlnaməsinə nəzər salanda görürükki o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş, həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır. O, hər zaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur. Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə sadə insanlarımızla qürur duymuşuq, fəxr etmişik.

Bizdə bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Anar həkimə təşəkkür edir, gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik.   

Oxşar xəbərlər