Son günlər paytaxtın kirayə mənzil bazarında aktivlik müşahidə edilir. Buna səbəb kimi yeni tədris ilinin başlamasına sayılı günlərin qalması göstərilir. Belə ki, qəbul imtahanlarından uğurla keçən rayon qeydiyyatlı abituriyentlər və onların valideynləri Bakıya üz tutaraq, kirayə mənzil axtarışına başlayırlar.
Ötən aylarla müqayisədə kirayə mənzillərin qiymətinin artdığı deyilir. Qiymət artımı tələbələrin kirayə mənzillərə olan təlabatından irəli gəlir.
Qiymətlər mənzilin yerləşdiyi əraziyə uyğun olaraq dəyişir. Şəhərin mərkəzinə və metro stansiyalarına yaxın yerlərdə kirayə evlərin qiyməti digər rayonlarla müqayisədə yüksəkdir.
Hazırda kirayə mənzillər hansı qiymətə təklif olunur?
Bununla bağlı kiçik araşdırma aparıb.
Elan saytları üzərində apardığımız araşdırma zamanı məlum olur ki, paytaxtın Nərimanov rayonunda iki otaqlı orta təmirli mənzillərin kirayəsi minimum 600 manatdan başlayır. Həmin ərazidə 2-3 min manata da üç otaqlı kirayə mənzil tapmaq olar. Kirayə haqları mənzilin şəraitinə uyğun olaraq dəyişir.
Xətai rayonu ərazisində isə iki otaqlı mənzillərin kirayəsi 400-800 manat arasında dəyişir. Rayon ərazisindəki ən bahalı üç otaqlı kirayə mənzil 1900 manata təklif olunur.
Nizami rayonu ərazisində bir otaqlı kirayə evlər 350 manatdan başlayır. İki otaqlı evlərin start qiyməti 450 manatdır. Bu ərazidə ən baha üç otaqlı kirayə mənzilin aylıq qiyməti 900-1000 manatdır.
Yasamal rayonu ərazisində kirayə mənzillərin qiyməti 400-2000 manat arasında dəyişir. İki otaqlı mənzillərin qiyməti 400 manatdan başlayır, 900 manata kimi artır. Üç otaqlı mənzillər 500-1800 manata təklif olunur.
Səbail rayonundakı iki otaqlı kirayə mənzillərin qiyməti təxminən 1000 manatdan başlayır. Bu ərazidə mənzillər əsasən günlük olaraq kirayə verilir. Günlük kirayənin qiyməti 40-100 manatdır. Şəhərin mərkəzi rayonunda üç otaqlı kirayə mənzillərin qiyməti 3000 manata kimi artır.
Paytaxtın Binəqədi rayonunda iki otaqlı kirayə mənzillərin qiyməti 400 manatdan başlayır, 800 manata kimi dəyişir. Rayon ərazisindəki ən bahalı üç otaqlı kirayə mənzil 1000 manata təklif olunur.
Suraxanı rayonu ərazisində iki otaqlı mənzillərin kirayə haqqı 200 manatdan başlayır, 700 manata kimi artır. Suraxanıda ən baha kirayə mənzilin aylıq ödənişi maksimum 1500 manatdır.
Nəsimi rayonunda isə iki otaqlı mənzillərin kirayə qiyməti 500 manatdan başlayır. Bu ərazidə 900-1000 manata da iki otaqlı mənzil kirayələmək olar. Normal şəraitli üç otaqlı evlərin qiyməti 600-1500 manat aralığında dəyişir.
Qeyd edək ki, yeni tikili binalarda kirayə mənzillərin qiyməti köhnə tikililərlə müqayisədə daha yüksəkdir. Kirayə qiymətlərində mənzillərin şəraiti, əşyaların və elektrik cihazlarının olması başlıca rol oynayır.

Ölkə / Cəmiyyət
30-08-2022, 15:44
528
2-3 min manata kirayə ev: Tələbələr bu pulu haradan tapsın - QİYMƏTLƏR

Oxşar xəbərlər
Son Xəbərlər
-
Son 25 ilin ən bahalı metalının ADI AÇIQLANDI
-
Təhsilə ən çox hansı ölkələr pul xərcləyir? - Təəccübləndirən adlar
-
Ağ Ev "yaşıl işıq" yandırdı - Bu ölkə nüvə silahı əldə edə bilər
-
Venesuelada ölənlərin sayı sürətlə artır
-
İnternet sürətinə görə ölkələrin DÜNYA REYTİNQİ - Azərbaycan neçənci yerdədir?
-
Süni intellekt artıq dünyanı məhv etməyə başlayıb – Yeni ARAŞDIRMA
-
ABŞ-ın itkiləri artır: 16 hərbçi ölüb, 430-dan çoxu yaralanıb
-
Süni intellektlə həyata keçirilən kiberhücumlar artır
-
"Coca-Cola"-nın sirri: Dünyanın ən məşhur içkisi necə narkotik tərkibli "dərman" kimi yaranıb?" - "Space Daily"
-
Növbəti genişmiqyaslı zərbələr dalğası - İranın hərbi infrastrukturu vuruldu
-
"Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
-
Zelenski niyə şüşə arxasından çıxış etdi?
-
Kadırovdan çağırış: Ukraynaya yardım edən ölkələri vurmalıyıq!
-
Trampı öldürənə 10 milyon dollar verəcəklər
-
Leyla Əliyeva "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak etdi
-
Müctəba Xameneinin ictimaiyyət qarşısına niyə çıxmadığı açıqlandı
-
Sement, armatur, inflyasiya... - Əmlak bazarında nə baş verir?
-
Hərbçilərimiz Türkiyədə paraşüt təliminə qatıldılar
-
İrəvanda ziyafətdə kütləvi zəhərlənmə - Fransa Milli Gününü qeyd edirdilər
-
Ermənistanın məşhur kürd kəndi xarabaya çevrilir - Hakkoda 10 ailə qaldı
-
Ronaldo dünya çempionatlarında antirekord müəyyənləşdirdi
-
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib - FOTO
-
Azərbaycanlı reper narkotik təbliğatına görə cərimələndi
-
Şiddətli istilərin coğrafiyası genişlənir: Avropa və digər regionlarda təhlükəli tendensiya
-
Dünyanın ən xoşbəxt insanı: Xoşbəxtliyin sirri bu 2 sözdə gizlidir
-
Rusların azərbaycanlılarla oxşar olan dərdi: Toy neçəyə başa gəlir?
-
Türkiyənin bu iki ölkə ilə yaxınlaşması İsraildə təşviş yaradıb - Nədən qorxurlar?
-
Rusiyaya qarşı yeni sanksiyalar paketi - 61 senator dəstəklədi
-
ABŞ İranda 5 körpünü dağıdıb: Ölənlər var
-
Azad edilmiş ərazilərdə 287 min hektardan çox sahə minalardan təmizlənib
Top 5
- Bu Gün
- Bu Həftə
- Bu Ay
-
Sement, armatur, inflyasiya... - Əmlak bazarında nə baş verir?
17:00 -
İrəvanda ziyafətdə kütləvi zəhərlənmə - Fransa Milli Gününü qeyd edirdilər
16:56 -
Hərbçilərimiz Türkiyədə paraşüt təliminə qatıldılar
16:59 -
Ermənistanın məşhur kürd kəndi xarabaya çevrilir - Hakkoda 10 ailə qaldı
16:54 -
Kadırovdan çağırış: Ukraynaya yardım edən ölkələri vurmalıyıq!
17:05

17:05 -
Ermənistanın məşhur kürd kəndi xarabaya çevrilir - Hakkoda 10 ailə qaldı
16:54 -
Süni intellekt artıq dünyanı məhv etməyə başlayıb – Yeni ARAŞDIRMA
09:34 -
Şiddətli istilərin coğrafiyası genişlənir: Avropa və digər regionlarda təhlükəli tendensiya
11:36 -
Türkiyənin bu iki ölkə ilə yaxınlaşması İsraildə təşviş yaradıb - Nədən qorxurlar?
11:33 -
İnternet sürətinə görə ölkələrin DÜNYA REYTİNQİ - Azərbaycan neçənci yerdədir?
09:35 -
ABŞ-ın itkiləri artır: 16 hərbçi ölüb, 430-dan çoxu yaralanıb
09:33