
Ölkə / Cəmiyyət
14-11-2024, 11:14
200
Ağstafa şəhər, Muğanlı qəsəbəsində fəaliyyət göstərən Mübariz həkim öz işinin peşəkarıdır

Stomatologiya hazırda tibbin ən çox inkişaf etmiş sahələrindən biri sayılır. Yeni texnologiyalar bu sahədə də bəşəriyyəti təəccübləndirməkdə davam edir. Dişlərin müayinə və müalicəsi, gigiyenası ilə bağlı yeni-yeni vasitələr ortaya çıxır. Stomatoloji xidmətlər əhali üçün daha əlçatan olur.
Amma orası da var ki, yeni texnologiyalar peşəkarlıqla birləşib vəhdət təşkil edəndə yüksək nəticə verir. Əgər yenilikləri öz işində tətbiq edən mütəxəssis sənətinin incəliklərini dərindən bilməsə, onda texnologiyaların imkanlarından da lazımi şəkildə faydalanmağı bacarmayacaq.
Həkimin savadı, təcrübəsi, yüksək səriştəsi hər bir pasiyentə fərdi yanaşması, ən mühümü isə sənətinə sevgisi bütün dövrlərdə olduğu kimi, yenə mühüm şərtdir. Sevindiricidir ki, stomatoloqlarımız arasında belələri çoxdur. Belə stomatoloqlardan biri də Ağstafa şəhər, Muğanlı qəsəbəsində fəaliyyət göstərən Mübariz həkimdir .

Yenilikləri diqqətlə izləyib, gündəlik işinə gətirir. Bütün gücü ilə çalışır ki, pasiyentlərinin dişləri ilə bağlı heç bir problemi qalmasın. Nəcib davranışı, yüksək mədəniyyəti, təvazökarlığı, insanlara diqqəti, qayğı və məhəbbəti ilə bütün xəstələrinin, hətta onu tanıyan hər kəsin hörmətini qazanıb.
Bizdə redaksiyamız adından Baş direktorumuz Qurban müəllim başda olmaqla Mübariz həkimə gələcək işlərində uğur və nailiyyətlər, həmçinin Allahdan uzun və sağlam ömür arzu edirik.