Zaqatala Şəhər Aşağı Çardaxlar kənd tam orta məktəbinin direktoru Əlixanova Gülafət Məmməd qızı kimi müəllimlərlə qürur duyuruq!
16-04-2024, 16:31
51

Zaqatala Şəhər Aşağı Çardaxlar kənd tam orta məktəbinin direktoru Əlixanova Gülafət Məmməd qızı kimi müəllimlərlə qürur duyuruq!


Müəllim ən gözəl varlıq, biliklər öyrənməkdə insana kömək edən, adı hər kəs üçün əziz olan əvəzedilməz şəxsdir. Hamının müəllimi olur, onun hər kəsə öyrətdiyi bilik, hətta hər cür ibadətdən üstün sayılır. Elə, bunlara görədir ki, zaman-zaman müəllim haqqında müdrik sözlər və gözəl kəlamlar deyilib. İnsanı kamilliyə çatdırmaq məqsədi güdən bu sənət haqqında, hətta dahilər də belə deyiblər ki, bütün sənət və peşələrin içərisində ən şərəflisidir. Bu yerdə, xüsusi olaraq onu vurğulamaq istəyirəm ki, valideynlərimiz bizi göydən yerə endirsələr də, gözəl müəllimlərimiz yerdən göyə qaldırıblar. Bir də ki, millətin gələcək taleyi, hər mənada, cəmiyyətdə çox böyük rol oynayan müəllimin əlindədir. Hər kəsə düz yol göstərən, onun yaxşı yaşaması və mükəmməl insan olması üçün, ona stimul verən də, müəllim sayılır.

O, təkcə özünün deyil, həm də, hər bir şagirdinin sevinc, kədər və problem dolu taleyini onunla birgə yaşayır, bütün ömrünü şagirdləriylə bölüşür. Beləcə, gözünün nurunu, ürəyinin sevgisini, illərinin zəhmətini şagirdlərinə bəxş edir.

Bu yazımda onlardan biri — daim özümüzə doğma bildiyimiz, sevimli və dəyərli olan Zaqatala Şəhər Aşağı Çardaxlar kənd tam orta məktəbinin direktoru Əlixanova Gülafət Məmməd qızıdır.

Bu gün Gülafət xanım barəsində, danışmaq istəyirik. Şagird və müəllim kollektivinin ona olan sonsuz sevgi və məhəbbətinin ifadəsi onun necə bir rəhbər olduğunu açıq aydın göstərir. O, özünü elm aləminə yaxşıların ən yaxşısı kimi tanıtmağı bacaran, daha çox bütün həmkarlarının, şagirdlərinin, dost-tanışlarının yaddaşlarında gözəl insan kimi özünə yer edən və fəxrimiz olan Gülafət xanımdır.

Doğrudan da, ömrünün yarıdan çoxunu öz sevimli peşəsinə həsr edən və bütün cəhətlərdən nümunə olaraq göstərilən Gülafət xanımın nüfuzu bütün dönəmlərdə lap yüksəklərdə olub. Möhkəm və tükənməz enerjili bu insanda yüksək bilik, bacarıq, istedad, səbr və iradə görmüşük.

Gülafət xanım biz sizin kimi müəllimlərlə qürur duyuruq! Üzünüzdən, çəkdiyiniz zəhmətin bəhrəsindən doğan və heç vaxt əskik olmayan təbəssüm, xoşbəxtlik də, bunu deməklə, bizi dəstəkləyir!

Oxşar xəbərlər