Laçında təcili yardım briqadaları fəaliyyətə başladı
27-08-2022, 13:51
73

Laçında təcili yardım briqadaları fəaliyyətə başladı

Laçında TƏBİB-in tabeliyində olan Təcili Təxirəsalınmaz Tibbi Yardım briqadaları fəaliyyət göstərməyə başlayıb.
 
Bu barədə TƏBİB-dən məlumat verilib.
 
Bildirilib ki, Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçularının sağlamlıqlarının nəzarətdə saxlanılması üçün TƏBİB-ə müraciət edib.
 
Müraciət əsasında TƏBİB-in tabeliyində olan Təcili Təxirəsalınmaz Tibbi Yardım (TTTY) Stansiyasının “113” dispetçer mərkəzinin və Xocavənd Rayon Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşlarından ibarət iki TTTY həkim briqadası Laçında fəaliyyət göstərməyə başlayıb.

Oxşar xəbərlər