
Kəlbəcər rayonu keçmiş Dəmirçidam kənd icra nümayəndəsi Alışanov Elbəyi Misgin oğlu işlədiyi dövrlərdə dövlətə və dövlətçiliyə qarşı öz üzərinə düşən vəzifəni doğru düzgün icra etmişdir
Zaman tarixi şəxsiyyətlər, böyük xeyriyyəçilər, dahi insanlar yetişdirir. Bu böyük şəxsiyyətlər həyatlarını xalqının və dövlətinin inkişfına xidmət üzərində qururlar. Belə şəxsiyyətlər illər əsrləri əvəz etsə də heç zaman unudulmurlar. Hər zaman insanların yadddaşında, ürəklərində yaşayırlar.
Bu gün haqqında söhbət açacağımız növbəti ziyalı insan Kəlbəcər rayonu keçmiş Dəmirçidam kənd icra nümayəndəsi Alışanov Elbəyi Misgin oğludur. Keçmiş Dəmirçidam kənd icra nümayəndəsi Alışanov Elbəyi Misgin oğlu işlədiyi dövrlərdə dövlətə və dövlətçiliyə qarşı öz üzərinə düşən vəzifəni doğru düzgün icra etmiş, vaxtı vaxtında xidməti vəzifəsini yerinə yetirmişdir.
O, özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir.
Onu tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün, keçmişdə də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibi olmuşdur.
Hər kəsə bəllidir ki, o, yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub.
Bizdə bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Elbəyi müəllimə və onun bütün kollektivinə təşəkkür edirik.