Zəminə Əliyeva bütün insani xüsusiyyətləri özündə cəmləşdirən bir insandır
1-07-2023, 14:28
138

Zəminə Əliyeva bütün insani xüsusiyyətləri özündə cəmləşdirən bir insandır

Zaman tarixi şəxsiyyətlər, böyük xeyriyyəçilər, dahi insanlar yetişdirir. Bu böyük şəxsiyyətlər həyatlarını xalqının və dövlətinin inkişfına xidmət üzərində qururlar. Belə şəxsiyyətlər illər əsrləri əvəz etsə də heç zaman unudulmurlar. Hər zaman insanların yadddaşında, ürəklərində yaşayırlar.

Bu gün haqqında söhbət açmaq istədiyimiz növbəti ziyalı insan Əliyeva Zəminə xanımdır. 

Zəminə xanımın peşəsi müğənnidir. O, öz peşəsinin vurğunu və peşəkarı bir insandır. Bundan əlavə əl tutub, kömək etdiyi insanların sayı hesabı yoxdur. Dəvət olunan bütün məclislərdə Rəbbimizin ona bəxş etdiyi bihuşedici səsi ilə gələn qonaqların qəlbini fəth edir.

Zemine xanım xeyriyyəçilik əməllərini də özündə cəmləşdirən bir insandir.
Dövlət və dövlətçiliyimizə hər daim sədaqətlə xidmət etmişdir.  Peşəkarlığı və insanlara qarşı münasibəti, qayğıkeşliyi ilə diqqət çəkən bir insandır. Zəminə xanım səmimi, bir o qədər də sözübütöv bir insandır. 

Bizdə Redaksiyamız adından Zəminə xanımı təbrik edir, gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik. Yolunuz hər daim açıq, səsiniz qüvvətli olsun Zəminə xanım!

Oxşar xəbərlər