“Qarabağ” legioner futbolçusu ilə müqaviləni yenilədi
3-02-2024, 12:03
24

“Qarabağ” legioner futbolçusu ilə müqaviləni yenilədi






“Qarabağ” klubu futbolçusu Leandro Andrade ilə müqaviləni yeniləyib.

Klubdan Publika.az-a verilən məlumata görə, kabo-verdeli yarımmüdafiəçi ilə sözləşmə 2027-ci ilin iyunun 30-dək uzadılıb.

24 yaşlı futbolçu 2022-ci ilin yanvarından "köhlən atlar"ın formasını geyinir. L. Andrade “Qarabağ”ın heyətində 86 oyun keçirib və 22 qol vurub. O, Premyer Liqada 55 (16 qol), kubokda 8 (1 qol), avrokuboklarda 23 (5 qol) matçda iştirak edib.

Qeyd edək ki, Leandro “Qarabağ”ın heyətində iki dəfə (2021-22, 2022-23) Azərbaycan çempionu, bir dəfə (2021-22) ölkə kubokunun qalibi olub.

Oxşar xəbərlər