Mesut Özil “Fənərbağça”dan ayrıldı
12-07-2022, 08:50
88

Mesut Özil “Fənərbağça”dan ayrıldı

Türkiyənin "Fənərbağça" klubu futbolçusu Mesut Özillə yollarını ayırıb.
 
34 yaşlı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
 
Qeyd edək ki, təcrübəli oyunçu 2021-ci ilin yanvarında İstanbul təmsilçisi ilə 3,5 illik sözləşmə imzalamışdı. Özil bu il martın 24-də sabiq baş məşqçi İsmail Kartalla məşqdə mübahisə etdiyi üçün heyətdən kənarlaşdırılmışdı.

Oxşar xəbərlər