Ağac meyvəsi, insan əməlləri ilə tanınar
24-11-2023, 16:42
57

Ağac meyvəsi, insan əməlləri ilə tanınar



Mən yazıma atalar sözü ilə başlamaq istəyirəm: «Ağac meyvəsi, insan əməlləri ilə tanınar.»

Həyat insana bir dəfə verilir. Həyatın sirri yaşamaqda deyil, nə üçün yaşamaqdadır. Insan daim öz-özünə sual verməlidir. Mən nə üçün və kimin üçün yaşayıram?
 
İnsan çox da yaşayar, az da yaşayar. Ən uzun ömür, ən uzun həyat - zəngin yaşanmış həyatdır. Omrü vaxt ilə deyil, əməllərlə ölçmək lazımdır.

İnsan üçün ən yaxşı həyat gözəl və mənalı yaşanmış həyatdır. Həyatı illərin sayı ilə deyil, fəaliyyətlə ölçmək lazımdır. Həyatının hər dəqiqəsini məzmunlu keçirən insan öz ömrünü uzadar.

Həqiqətən də, insan öz işi, əməli ilə tanınar. Zəhmət çəkməyən, alın təri axıtmayan, kiminsə hesabına yaşamağa göz dikən insan heç vaxt yaxşı yaşaya biiməz. İnsan hər şeyə qadirdir. insanın əlindən heç bir iş qurtara bilməz. Insan yaşamaq üçün qurmalı, yaratmalı və mübarizə aparmalıdır. Zəhmət çəkib tər tökmək insana şöhrət gətirir, onu ucaldır. insan yalnız halal əməyi, işgüzar fəaliyyəti ilə həqiqi ucalığa, şirin səadətə çata bilər.

Həyatda elə insanlar var ki, bütün ömrü boyu var-dövlət qazanmağa çalışır, özünü oda-közə vurub xəzinə toplayır. Millət üçün, xalq üçün xatırlanacaq, yadda qalacaq heç bir şey etmir. Belə insanların ölən günü də yaddan çıxır. İnsan gərək elə gözəl işlər görsün, elə gözəl əməl sahibi olsun ki, həmişə adı dillərdə hörmətlə çəkilsin. Oz işi, əməli ilə tanınan insanlar çoxdur. Belə insanlardan biri də Zaqatala şəhər Əliabad kənd ərazisində yerləşən mal heyvan bazarının rəhbəri Ədalət müəllimdir.

Ədalət müəllim öz peşə fəaliyyətinin öhtəsindən layiqincə gəlir. Bazarda əldə olunan gəlir ilə vergisini vaxtı vaxtında dövlətə ödəyir. Bütün işçilərinin əmək müqaviləsi və s. sənədləri hər biri tam qaydasındadır. Ümumiyyətlə Ədalət müəllim hər bir işçisini öz ailəsi kimi görür, onların dərdlərinə şərik olur, problemləri üçün əlindən gələni edir.



Çoxillik iş təcrübəsi, işə vicdanlı münasibəti, hər bir işçinin hüquqlarının qorunması və sosial problemlərinin operativ həll olunması, onlara qayğı və diqqətin nümunəvi təşkil olunması və kollektivi eyni məqsəd naminə toplamaq bacarığı onun kollektivdə sevilməsinə və uğurlar qazanmasına zəmin yaratmışdır.

Bizdə öz növbəmizdə redaksiyamız adından Ədalət müəllimə gələcək işlərində uğur və nailiyyətlər arzu edirik.


Oxşar xəbərlər