Dövlətimizə, xalqımıza şərəfli xidməti üçün Nizami müəllimə təşəkkür edirik!
1-05-2023, 14:40
39

Dövlətimizə, xalqımıza şərəfli xidməti üçün Nizami müəllimə təşəkkür edirik!




Avtomobil yollarının və onlarla əlaqədar mühəndisi qurğuların layihələndirilməsi, tikilməsi, istifadəsi və ən əsası yolların, yol kənarlarının yaşıllaşdırılması, ağacların əkilməsi, əkilən ağaclara qulluq olunması və s. hamısı Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC-nin üzərinə düşür. 
Bu gün haqqında söz açacağımız şəxs Çıraqov Nizami müəllimdir.
“Azəravtoyol” ASC-nin 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşması və Ekologiya MMC-nin direktoru Nizami Çıraqovdur.
Nizami müəllim həm də Göygöl rayon YAP sədridir. 
 Nizami müəllim peşəkarlığı və insanlara göstərdiyi qayğıkeşliyi, hörməti ilə seçilən insandır.
Vəzifəyə yiyələndiyi gündən Nizami müəllim bu işin müqəddəsliyini qoruyub saxlayır, vəzifəsini şərəflə, layiqincə yerini yetirir. Nizami Çıraqov el tutduğu, kömək etdiyi hər kəsin böyük hörmət və rəğbətini qazanan uca insanlardandır.
Nizami müəllim öz işgüzarlığı, işində qazandığı uğur və nailiyyətləri ilə tanınır.
Nizami Çıraqov Ulu Öndər Heydər Əliyev siyasi kursuna daim sadiqdir. Heç bir qarşılıq gözləmədən, tutduğu vəzifədən asılı olmayaraq, prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə hər daim sadiq bir insandır. 
Nizami Çıraqov Ümummilli liderimiz Heydər Əliyevin sevgisini hər daim qəlbində daşıyır. Doğum günü, anım günü və başqa xüsusi günlərdə hər daim Ümummilli liderimizin məzarını ziyarət edir. Bu münasibətlə keçirilən tədbirlərdə canla-başla iştirak edir.

Nizami Çıraqov düzgün qərar qəbul edən nadir dövlət məmurlarından biridir. Onu verdiyi qərardan heç kim və heçnə döndərə bilməz. 
Nizami müəllim sakinlərə böyük  diqqət və hörmətlə yanaşır, onların problemlərini əlindən gəldiyi qədər həll edərək, onların dövlətimizə inamını artırır!
 Bütün iştirak etdiyi  tədbirlərdə dövlətçiliyimizin və prezidentimizin yüksək adını hər şeydən uca tutur. 
Xalqımıza şərəfli xidməti üçün təşəkkür edir, gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik. 

Oxşar xəbərlər