Ağdam Melioservis İdarəsində ölkə başçısının fotosu tanınmaz halda – foto
7-08-2022, 19:06
170

Ağdam Melioservis İdarəsində ölkə başçısının fotosu tanınmaz halda – foto


 

Hörmətli oxucular!

Sizə Ağdam Ağdam Melioservis İdarəsində baş verən neqativ haldan bəhs edirik. Belə ki, sözügedən idarənin foyesində divara taxılan ölkə başçısı və Ulu Öndərin portretlərə bircə dəfə baxmaq kifayət edir ki, burda uzun müddətdir təmizlik və abadlıq işlərinin aparılmadığına hal şahidi olasan. Ulu Öndərin porterini bürüyən tozun qalınlığından şəkildəki rənglər anlaşılmaz hal alıb. Hələ ölkə başçısı İlham Əliyevin portretindəki çirkabdan az qala yeni üz cizgiləri yaranıb. 

Maraqlıdır, o boyda dövlət idarəsində rəhbərindən tutmuş, texniki işçisinə kimi bu halın şahidi olan olmayıb, yoxsa…?

Sözügedən neqativ halı olduğu kimi oxuculara təqdim edirik. 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Oxşar xəbərlər