
Cəmiyyət
11-01-2023, 21:25
162
Vasif Talıbovun qaynanası nə zaman işdən çıxarılıb? - Rəsmi AÇIQLAMA

Bu günlərdə sosial şəbəkələrdə Naxçıvan MR Ali Məclisnin keçmiş sədri Vasif Talıbovun qayınanasının işdən çıxarıldığı barədə məlumatlar yayılıb. Onun məhz Vasif Talıbova görə işdən çıxarıldığı bildirilib.
"Hazırda Naxçıvanın Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsinin (VVADQ) müdiri mənəm. Mən 2020-ci ildəm bura rəhbərlik edirəm. Məndən qabaq da burda müdir yox idi vəzifə icra edilirdi. Sənufər xanım uzun illər bura rəhbərlik edib, ancaq Sənufər Sultanova çoxdan işdən çıxıb. Onun son hadisələrlə və Vasif Talıbovla əlaqəsi yoxdur".