Biləsuvar rayon Nərimankənd kəndində bayrağımıza qarşı çox böyük hörmətsizlik olunub
19-09-2023, 20:25
3

Biləsuvar rayon Nərimankənd kəndində bayrağımıza qarşı çox böyük hörmətsizlik olunub




Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Biləsuvar rayon Nərimankənd kəndində bayrağımıza qarşı çox böyük hörmətsizlik olunub. Məsələyə aydınlıq gətirmək üçün redaksiyamız özü birbaşa sözügedən ünvana yollanmışdır. Qarşılaşdığımız mənzərə həqiqətən dəhşət idi.

Videodan da aydın olur ki, rayonun girişində Şəhidlərimizin şəkilləri yerləşdirilmişdir. Bunun özü alqışa layiq bir hərəkətdir. Lakin əsas məsələ odur ki, asılmış bayraqlar isə olduqca köhnə, baxımsız və cırılmış haldadır. Sanki illərdir bu bayraqlara baxılmayıb, heç bir təmizlik işi görülməyib.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Belə nəticəyə gəlmək olur ki, ölkəmizdə Azərbaycanın dövlət atributlarından biri olan bayrağımıza qarşı hörmətsizlik nümayiş etdirilir.

Redaksiyamızın əməkdaşları Bələdiyyə sədri Mehtiyev Baxşəli Əvəz oğlu ilə telefon bağlantısı qurmuşdur. Vəziyyəti ona izah etmişlər. Lakin Baxşəli müəllim cavabında onlara "Mən bayraq alan, yada asan deyiləm. Alın gətirin özünüz asın demişdir."

Aidiyyatı qurumlar - Bilsuvar rayon İcra Hakimiyyəti əməkdaşları, İcra nümayəndəsi və Bələdiyyə sədri Mehtiyev Baxşəli Əvəz oğlu öz işlərinin öhtəsindən layiqincə gələ bilmirlər. Ancaq dövlətdən havayı yerə verilən maaşları yeməyi bilirlər. Öz vəzifələrindən süi istifadə edirlər. İşlərinə azca olsa məsuliyyətli yanaşsaydılar bu gün bu mənzərə ilə üz-üzə qalmazdıq.

Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Bayrağımız bizim mənliyimizdir. Bayrağımıza qarşı olunan bu hörmətsizliyə qarşı susmamalıyıq. Yazıb xahiş edirik ki, məsələ ilə bağlı öz işinə məsuliyyətsiz yanaşan hər bir şəxs barəsində ciddi bir tədbir görəsiniz.

Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.


Oxşar xəbərlər