Şəmkir rayon, Zəyəm Cırdaxan kəndində Şəhidlərimizin şəkillərinə qarşı çox böyük hörmətsizlik olunur
25-08-2023, 16:23
55

Şəmkir rayon, Zəyəm Cırdaxan kəndində Şəhidlərimizin şəkillərinə qarşı çox böyük hörmətsizlik olunur



Bəşər tarixində hər bir dövlət, hər bir millət öz igidləri, şəxsiyyətləri ilə tarixin səhifələrində özünəməxsus iz buraxmışlar. İnsan öz ömrünü adi bir həyat tərzi kimi də yaşaya bilər, heç bir iz qoymadan dünyadan gedər. Amma, elə insanlar da var ki, qısa bir ömür yaşayır, lakin unudulmaz əməlləri ilə əbədiyyətə qovuşur. Özündən sonrakı nəsillərə örnək olur, vətəni, torpağı, milləti bütün insanlara sevdirməyi öyrədir. Adını tarixə qızıl hərflərlə yazdıran igid qəhrəman oğullarımızdan çoxusu demək olar ki, Şəmkir rayon şəhidləridir.

Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Şəmkir rayon, Zəyəm Cırdaxan kəndində Şəhidlərimizin şəkillərinə qarşı çox böyük hörmətsizlik olunur. Məsələyə aydınlıq gətirmək üçün redaksiyamız özü birbaşa sözügedən ünvana yollanmışdır. Qarşılaşdığımız mənzərə həqiqətən dəhşət idi. 

Videodan da aydın olur ki, rayonun girişində Şəhidlərimizin şəkilləri yerləşdirilmişdir. Bunun özü alqışa layiq bir hərəkətdir. Lakin əsas məsələ odur ki, plakatların üstü çirkli, asılmış bayraqlar isə olduqca köhnə və baxımsızdır. Sanki illərdir bu plakatlara baxılmayıb, heç bir təmizlik işi görülməyib.
Hələ bu harasıdır. Siz hələ plakatlar yerləşən yerin ətrafını görməmisiniz. Ətraf sanki zibilliyə qərq olub. Öz Vətəni üçün canından keçən şəhidlərimizə ölkəmizdə bu cür hörmət qoyulur?

Belə nəticəyə gəldik ki, aidiyyatı qurumlar - Şəmkir rayon İcra Hakimiyyəti əməkdaşları, İcra nümayəndəsi Burcuyev İsmayıl Qabil oğlu və Bələdiyyə sədri Süleymanov Zəfər Ramiz oğlu öz işlərinin öhtəsindən layiqincə gələ bilmirlər. Ancaq dövlətdən havayı yerə verilən maaşları yeməyi bilirlər. Öz vəzifələrindən süi istifadə edirlər. İşlərinə azca olsa məsuliyyətli yanaşsaydılar bu gün bu mənzərə ilə üz-üzə qalmazdıq.

Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Şəhidlər bizim baş tacımız, bayrağımız isə mənliyimizdir. Şəhidlərimizə və bayrağımıza qarşı olunan bu hörmətsizliyə qarşı susmamalıyıq. Yazıb xahiş edirik ki, məsələ ilə bağlı öz işinə məsuliyyətsiz yanaşan hər bir şəxs barəsində ciddi bir tədbir görəsiniz.

Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.


Oxşar xəbərlər