Avropa çempionatında uğur qazanan gənc cüdoçular Vətənə dönüblər
12-09-2023, 09:39
27

Avropa çempionatında uğur qazanan gənc cüdoçular Vətənə dönüblər



Niderlandın Haaqa şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında uğurla çıxış edən idmançılarımız Vətənə dönüblər.

“Report” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda gənc cüdoçuların qarşılanma mərasimi olub.

Milli komandanın üzvlərini Azərbaycan Cüdo Federasiyasının və idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, atletlər və mətbuat nümayəndələri qarşılayıblar.

Xatırladaq ki, Azərbaycan cüdoçuları Niderlandın Haaqa şəhərində keçirilən Avropa çempionatını altı medalla başa vurublar.

Oxşar xəbərlər