Hacı Əliyev dördqat Avropa çempionu olub
19-04-2023, 09:05
33

Hacı Əliyev dördqat Avropa çempionu olub




Sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
70 kq çəki dərəcəsində çıxış edən 32 yaşlı pəhləvan finalda bolqarıstanlı Ramazan Ramazanova 10:3 hesabı ilə qalib gəlib.
Bununla Əliyev karyerasında dördüncü dəfə Avropa çempionluğu tituluna yiyələnib.

Oxşar xəbərlər