"Qarabağ"ın prezidenti: "Belə uğura imza atan hansısa klub olmayıb"
1-09-2023, 08:31
22

"Qarabağ"ın prezidenti: "Belə uğura imza atan hansısa klub olmayıb"






"Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə səfərdə 2:0 qalib gəldiyi Sloveniya çempionu "Olimpiya" ilə bərabərə qalaraq (1:1) qrup mərhələsinə vəsiqə qazanıb.

Publika.az xəbər verir ki, qarşılaşmadan sonra komandanın prezidenti Tahir Gözəl matçla bağlı fikirlərini jurnalistlərlə bölüşüb:

"Tarixi gündür. Xalqımın bu ləzzəti duyması məni xoşbəxt edir. Bu gün bir daha gördük ki, Avropada kiçik klub yoxdur. Qurban Qurbanov yenə öz məharətin göstərdi. Risk etmədən, səliqəli şəkildə komandanı qruplara daşıdı. Möhtəşəm uğurdur. Heç nədən başlayıb bu yerlərə gəldik. Postsovet ölkələrindən belə uğura imza atan hansısa klub olmayıb. Avropada 10 il ardıcıl qruplara qalan cəmi 16 komanda olub. Onların da əksəriyyəti reytinqin hesabına birbaşa qruplarda qalıb. "Qarabağ" kimi mərhələlər keçərək gəlməyib".

- Avropa Liqasında çox güclü rəqiblər var. Onlarla mübarizə aparmaq üçün yeni transferlər edəcəksiz?

- Qurban Qurbanovun əlində büdcəsi var. Bizim tərəfimizdən heç bir məhdudiyyət yoxdur. Qısa müddətdə Qurban müəllim kimisə tapa biləcəkmi, onu deyə bilmərəm. Biz həmişə axtarışdayıq.

- Püşklə bağlı gözləntiləriniz necədir? Böyük klublar düşə bilər...

- Mən sevinərəm. Klubuma inanıram. "Liverpul"u, "Roma"nı Bakıda görməyi çox istəyərdim. Artıq dünyada "Qarabağ"ı və Azərbaycanı tanıyırlar. Bunu əminliklə deyirəm. Böyük klubları burada gözləyirik.

Oxşar xəbərlər