Coşqunla Rəfaelin verilişi bağlandı
9-05-2023, 09:20
59

Coşqunla Rəfaelin verilişi bağlandı




Hər səhər tamaşaçıların görüşünə gələn "MətBəxt" verilişinin bəxti bağlanıb. Proqram yayımdan qaldırılır.
Rafael İskəndərov və Coşqun Rəhimovun aparıcılıq etdiyi bu layihə ikinci mövsümündə ömrünü başa vurub.
"Bu şəhərdə" layihəsinin rəhbəri Müşfiq Abbasov bildirib ki, yay mövsümünün başlanması ilə əlaqədar "MətBəxt" daha efirlərə çıxmayacaq, verilişin bağlanmasının başqa bir səbəbi yoxdur.
 
Müşfiq Abbasovun dediyinə görə, mayın 28-də Moskvada "Bu şəhərdə"nin növbəti konsert proqramı təşkil olunacaq. Yayın sonuna doğru Naxçıvan, Gəncə və Lənkəranda yeni proqramla çıxış edəcəklər.
Bundan əlavə, noyabr ayında "Bu şəhərdə"nin 23 illiyi münasibətilə Bakıda növbəti tamaşa təqdim olunacaq.

Oxşar xəbərlər