“Rayonlara gediş-gəlişi bağlamaq doğru deyil”
9-03-2021, 19:12
65

“Rayonlara gediş-gəlişi bağlamaq doğru deyil”




“Rayonlara gediş-gəlişi bağlamaq doğru deyil”
“İnsanlar pandemiya ilə bağlı yenidən qapanma olacağından qorxur”.
 
Bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa bildirib. 
 
O hesab edir ki, əsas hədəf insanların çalışma yerindən uzaqlaşmaması və işləməsi olmalıdır. Deputat bildirib ki, sağlamlıq üçün epidemioloji vəziyyəti nəzarətə götürmək olar. 
 
“Ancaq rayonlara gediş-gəlişi bağlamaq doğru deyil. Rayonlara gediş-gəliş açıq olmalıdır. Belə olan halda, şəhərdə tıxac da azalar. Hesab edirəm ki, vaksinasiyanı gücləndirmək lazımdır”, - deyə o təklif edib. 

Oxşar xəbərlər