İrəvana gedən futbolçumuza xüsusi mühafizəçilər ayrıldı
13-07-2023, 09:12
26

İrəvana gedən futbolçumuza xüsusi mühafizəçilər ayrıldı


Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli hazırda İrəvandadır.

Bizim.media xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Albaniyanın “Eqnatia” klubunun heyətində “Ararat”la UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün Ermənistana yollanıb.

Təcrübəli oyunçu üçün xüsusi təhlükəsizlik əməkdaşları ayrılıb. Bu barədə futbolçunun özü məlumat verib:

“4-5 nəfərdilər, hara gedirəmsə, mənimlə gəlirlər”.

İsgəndərli təhlükəsizliyin kim tərəfindən təmin olunduğunu bilmədiyini söyləyib. 

Qeyd edək ki, iyulun 13-də keçiriləcək “Ararat” - “Eqnatiya” matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Oxşar xəbərlər