Azərbaycan millisinin üzvü İrəvana getdi
12-07-2023, 15:39
24

Azərbaycan millisinin üzvü İrəvana getdi


Albaniyanın “Eqnatiya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Ermənistan “Ararat”ına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün komandası ilə birlikdə İrəvana gedib.

Albaniya təmsilçisi hazırda Ermənistanın paytaxtındadır.

İyulun 13-də keçiriləcək “Ararat” - “Eqnatiya” matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Oxşar xəbərlər