“Qarabağ” - “Frayburq” oyunu üçün satışda 7 min bilet qaldı
31-10-2022, 11:10
62

“Qarabağ” - “Frayburq” oyunu üçün satışda 7 min bilet qaldı

“Qarabağ” - “Frayburq” oyunu üçün satışda 7 min bilet qaldı
UEFA Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” – “Frayburq” oyununa cəmi 7000 bilet qalıb.
 
Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.
 
30, 31, 37 və 38-ci sektorlara olan biletləri onlayn deyil, yalnız kassalardan almaq mümkündür.
 
Satış məntəqələri:
 
Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək)
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış)
 
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində satılır (11:00-22:00).
 
Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

Oxşar xəbərlər